Bakıda “Polisə İctimai Dəstək” qrupunun üzvünü moped vurub

OXUNUB: 2233 GÜNDƏM Səhiyyə DÜNYA AZƏRBAYCAN

Bakı. 27 aprel. / Bakıda “Polisə İctimai Dəstək” qrupunun üzvünü moped vurub.

“Report”un xəbərinə görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Məmməd Fərmanov idarə etdiyi mopedlə yolu keçən “Polisə İctimai Dəstək” qrupunun üzvü, 1994-cü il təvəllüdlü Arif Rzayevi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR