Bakıda polislərdən qaçan şəxs intihara cəhd göstərib

OXUNUB: 757 HADİSƏ

Bakıda polislərdən qaçan şəxs intihara cəhd göstərib.

Hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Hövsan qəsəbəsində 1978-ci il təvəllüdlü Məhərrəmov Səxavət Senzur oğlu fəaliyyət göstərdiyi marketdə qarın nahiyyəsindən özünə bıçaq zərbəsi vurub. Yaralı çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib. 

Yaralı tibbi əməliyyatdan sonra hüquq-mühafizə orqanlarına bildirib ki, polis əməkdaşları onu təqib edib. Buna görədə intihara cəhd göstərib.

Suraxanı Rayon Polis İdarəsindən "Report"a bildirilib ki, S. Məhərrəmovun intihara cəhd etməsinin dəqiq səbəbləri araşdırılır./report

 

 

İcmal.Az

RƏYLƏR