Bakıda qadın bacısının evindən 20 min manat oğurlayıb

OXUNUB: 668 HADİSƏ

 Bakıda qadın bacısının evindən külli miqdarda pul oğurlayıb.

Hadisə Bakının Yasamal rayonunda Səkinə Mirzəxanovanın evində baş verib.

Naməlum şəxs evdən 20 min manat və 400 dollar oğurlayıb.

Araşdırma zamanı məlum olub ki, həmin evdən oğurluğu ev sahibinin bacısı 1973-cü il təvəllüdlü Bahar Salahova edib.

Qadın polis tərəfindən saxlanılıb./report

 

İcmal.Az

RƏYLƏR