Bakıda qadın sürücü qadını vurub

OXUNUB: 636 HADİSƏ
Bakının Suraxanı rayonunda qadın sürücü qəza törədərək piyadanı vurub.

İcmal.Az report-a istinadən bildirir ki, Səttar Bəhlulzadə küçəsi ilə hərəkətdə olan "Mazda" markalı avtomobil idarəetməni itirərək əvvəlcə dirəyə çırpılıb, daha sonra isə yol kənarı ilə gedən 44 yaşlı Yusifova Nəzakət Nadir qızını vurub.
Piyada müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanı əməkdaşları hadisəni törədən sürücünü saxlayıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.
 
 
İcmal.Az

RƏYLƏR