Bakıda qadınlar avtobusda dava saldılar: "İt qızı!" - VİDEO

OXUNUB: 700 SOSİAL

Bu gün Bakıda saat təxminən 10:00 radələrində 133 nomrəli marşrut avtobusunda dava düşüb və ictimai nəqliyyatdakı bu "tamaşa" təxminən yarım saat davam edib.

Bu haqda Milli.Az-a hadisə şahidlərindən biri bildirib. Onun sözlərinə görə, yaranmış vəziyyət ucbatından son zamanlar belə hallara tez-tez rast gəlmək olur:

"Son zamanlar bu marşrutla hərəkət edən avtobuslarda, xüsusən də səhər və axşam saatlarında çox sıxlıq yaşanır. Binəqədi şossesi 2 aydır ki, bağlıdır, avtobusların da sayı, deyəsən, azalıb. Elə bil, avtobuslar başlı-başına işləyirlər. Nəzarət edən isə yoxdur. Sanki, hansısa məmur camaat arasında narazılığın yaranması üçün qəsdən zəmin hazırlayır. Avtobus çatışmazlığının yaratdığı sərnişin sıxlığı ucbatından da, demək olar ki, hər gün avtobuslarda dava düşür. Bu gün də biri oldu. Bir nəfər orta yaşlı qadın özünü güclə avtobusa soxdu və həmin dəqiqə də başqa bir qadınla söyüşməyə başladı. Onlar bir-birini "kəndçi" adlandırdı, digəri isə qışqırıb o birinə "İt qızı!" dedi. Sərnişinlər onları güclə ayırdılar. Bunlar heç də xoş mənzərə deyil. Amma biz bunları, demək olar ki, hər gün müşahidə etməyə, yaşamağa və yersiz əsəbləşməyə məcburuq..."

Qeyd edək ki, paytaxtda avtobus çatışmazlığı ucbatından sərnişin sıxlığının yaranması yalnız 133-də yox, digər marşrutlarda da müşahidə edilir. Və nəticədə belə arzuolunmaz mənzərələr yaranır. 

 

İcmal.Az


Bakıda qadınlar avtobusda dava saldı

RƏYLƏR