Bakıda qaraj içindəki avtomobillə yandı

OXUNUB: 618 SOSİAL

Bu gün səhər saatlarında Bakıda qaraj yanıb. 

 Paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə və içərisində "VAZ” markalı avtomobilin mühərrik və salon hissəsi yanıb. Qarajın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb./oxu

 

İcmal.Az

RƏYLƏR