Bakıda qardaş bacısını döyüb, bıçaqladı

OXUNUB: 1087 HADİSƏ

Bakının Nizami rayonunda döyülmə hadisəsi baş verib.

 1973-cü il təvəllüdlü Soltanova Rübabə Əkbər qızı 8-ci kilometr qəsəbəsi, 74 saylı qazanxananın yataqxanasında qardaşı ilə mübahisə edib.

Mübahisə zamanı qadın döyülüb və o əlindən bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis bölməsinin əməkdaşları araşdırma aparır.

 

Hazırda hadisəni törədən şəxs saxlanılıb./report

 

İcmal.Az

RƏYLƏR