Bakıda qardaş bacısını öldürüb

OXUNUB: 505 HADİSƏ

Bakıda qətl törədilib.

Daxili İşlər Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. 

Rayon sakini Sayid Abas oğlu Bayramov bacısı, 1977-ci il təvəllüdlü Xanım İslamovanı bıçaqlayaraq öldürüb. S.Bayramov hadisəni törətdikdən sonra qaçıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

İcmal.Az

RƏYLƏR