Bakıda qatarın üstünə çıxaraq naqil oğurlamaq istəyən yeniyetməni cərəyan vurub

OXUNUB: 714 HADİSƏ

Bakının Suraxanı rayonunda oğurluq zamanı bədbəxt hadisə baş verib.

Rels üzərində hərəkətsiz qalan qatar vaqonlarının üzərinə çıxan 15 yaşlı Balaxan Ağayev oradakı elektrik naqillərini kəsmək istəyib.

Bu zaman cərəyan onu vuraraq yerə atıb. Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR