Bakıda qeysəriyyə əməliyyatından sonra körpə öldü - Foto

OXUNUB: 831 GÜNDƏM Özəl HADİSƏ

Bakıda qeysəriyyə əməliyyatından sonra uşaq vəfat edib.

 

İcmalş.Az "qafqazinfo”ya istinadən xəbər verir ki, vətəndaş Qalib Salahov bildirib ki, qızı Ayşən Əfqanlı Gömrük Hospitalının həkimi Nərmin Muradovanın pasiyenti olub:

"Hamiləlik vaxtı bütün müayinə və doppler analizləri aparılmışdı. Bizə deyilmişdi ki, təbii doğuş aprelin 18-də olacaq. Amma martın ortasında həkim Nərmin Muradova qızıma deyib ki, apreldə mən Azərbaycanda olmayacağam, gəl indi əməliyyatla uşağı götürək. Ama uşağın əməliyyatla götürülməsi üçün heç bir tibbi səbəb olmayıb.

Martın 19-da Gömrük Hospitalında əməliyyat olunub və uşağın ağciyərləri açılmamış həkim onu götürüb. Buna görə də körpədə xəstəliklər yaranıb. Onu küvezə yerləşdirdilər və bu formada müalicəsinin davam etdirilməsi üçün bizdən 4 min manat istədilər. O pulu verməyə imkanımız çatmadığı üçün uşağı OMD xəstəxanasəna köçürdük.

Körpə əməliyyat vaxtı aldığı travmalara görə martın 23-də orada vəfat etdi. Mənim nəvəm həkimin acgözlüyü nəticəsində öldü. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm, araşdırma aparılır”.

Həkim Nərmin Muradova

RƏYLƏR