Bakıda QƏZA: "Kamaz" avtomobilin üzərinə aşdı – FOTOLAR + VİDEO

OXUNUB: 623 HADİSƏ
Bakının Binəqədi rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Rayonun Rəşid İsmayılov küçəsində dairəvi hərəkət zolağına daxil olan 1983-cü il təvəllüdlü Yolçuyev Eynur Canpolad oğlunun idarə etdiyi "Kamaz” markalı ağırtonnajlı yük avtomobili aşıb.

Nəticədə maşının yük bortunda olan beton pilətələr yola tökülüb. Nəticədə Rəfael Allahverənova məxsus "Mercedes” markalı avtomobilə ciddi ziyan dəyib. Yük avtomobilinin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralı bildirib ki, hadisə onun avtomobilinin nasaz olması səbəbindən baş verib. Yerə yanacaq dağıldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Binəqədi Rayon Yol polis şöbəsinin əməkdaşları hadisənin dəqiq başvermə səbəblərini araşdırır./perort


Bakıda QƏZA:
Bakıda QƏZA:
Bakıda QƏZA:
Bakıda QƏZA:
Bakıda QƏZA:
Bakıda QƏZA:
Bakıda QƏZA:
Bakıda QƏZA:
İcmal.Az

RƏYLƏR