Bakıda qəza - Qadın yaralandı

OXUNUB: 801 HADİSƏ

Bu gün səhər saatlarında Bakıda Məsud Davudoğlu küçəsində yol-nəqliyyat hadisəsi baş verirb. 

İcmal.Az xəbər verir ki, bu barədə məlumatı jurnalist Əzizə İsmayılova sosial şəbəkədə paylaşıb. O bildirib ki, "Hundai” markalı maşın Azadlıq pr-ə keçmək üçün dairəyə sürətlə girib. Nəticədə "Mersedes” markalı avtomobillə toqquşub:

"Qabaqda oturan sərnişin xanım kəmər bağlamadığı üçün podples başını yaralayıb. Təcili yardımla xəstəxanaya aparıldı. Dediyinə görə, imtahana tələsirmiş”.

 

İcmal.Az

RƏYLƏR