Bakıda qonşular arasında dava düşüb, 1 nəfər bıçaqlanıb

OXUNUB: 473 HADİSƏ

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Çiçək qəsəbəsində baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğlu qonşu ilə hələlik bilinməyən səbəblərə görə, mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. X.Nəsirov bıçaqlanıb. 

Yaralı Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti (TTTYX) vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR