Bakıda qonşular arasında dava olub: Xəsarət alan var

OXUNUB: 977 HADİSƏ

Bakıda qonşu qonşunu bel ilə döyüb.

Hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, "NZS” qəsəbəsi, Abbas Səhhət küçəsində, 1972-ci il təvəllüdlü Dünyamalıyev İlqar İskəndər oğlu yaşadığı ünvanda qonşusu ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı qonşusu İ.Dünyamalıyevin baş nahiyəsinə bel ilə zərbə endirib. Nəticədə o, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR