Bakıda rəis müavininin “Mercedes”i vurulub – FOTO + VİDEO

OXUNUB: 1019 HADİSƏ

Bakının Nərimanov rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

İcmal.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

"Tofaş” markalı avtomobildə "Koroğlu” metro stansiyası istiqamətində yüksək sürətlə hərəkət edən 1974-cü il təvəllüdlü Valeh Məmmədov idarəetməni itirərək ikinci yola keçib və burada kənarda duran "Mercedes”ə çırpılıb.

Hadisə nəticəsində "Tofaş”ın sürücüsü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

"Mercedes”in Suraxanı Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini Akif Nəzərliyə məxsus olduğu bildirilir.

 

İcmal.Az

RƏYLƏR