Bakıda restoran sahibinin gecə yarışları: Avtomobil parçalandı - FOTO – VİDEO + YENİLƏNİB

OXUNUB: 1263 HADİSƏ

Bakının Xətai rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Neftçilər prospekti ilə hərəkətdə olan, 1982-ci il təvəllüdlü Şənlik Şükürovun idarə etdiyi "BMW X5” markalı avtomobil yol kənarındakı sürücüləri məlumatlandıran monitorun dirəyinə çırpılıb.

Nəticədə avtomobil bir neçə hissəyə ayrılıb, sürücü və avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Babayeva Xatirə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzaya uğrayan maşın Neftçilər prospektində "Range Rover” markalı digər avtomobil ilə sürət yarışına çıxıb və nəticədə yol qəzası baş verib.

Qeyd edək ki, Ş.Şükürov "Salam Aleykum” restoranının sahibidir./report

İcmal.Az

-----

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
 
Hadisə Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində qeydə alınıb.
 
BMW markalı avtomobil dirəyə çırpılıb. Zərbə o qədər güclü olub ki, avtomobil bir neçə hissəyə parçalanıb. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır./apa

 

A.S.

RƏYLƏR