Bakıda saxta diplom blankları satan şəxs tutulub

OXUNUB: 799 HADİSƏ

Bakıda saxta diplom blankları satan şəxs tutulub.

İcmal.Az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Nəbi Yusifov paytaxtın Yasamal rayonu ərazisində iki nəfərin adına olan ali təhsil müəssisələrindən birinin saxta diplom blanklarını  (hər birini 5.000 manata( satarkən tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi açılıb.

İcmal.Az

RƏYLƏR