Bakıda saxta əskinas satan ata və oğul saxlanılıb

OXUNUB: 801 HADİSƏ

Bakı şəhər sakinləri Səməd Novruzov və oğlu Nəbi xəzinadara 100 manatlıq saxta əskinas verdikləri üçün saxlanılıblar.

İcmal.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən marketlərdən birində Bakı şəhər sakinləri Səməd Novruzov və oğlu Nəbi alış-veriş etdikdən sonra xəzinadara 100 manatlıq saxta əskinas verdikləri üçün Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onlar 34-cü Polis Bölməsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır. 

İcmal.Az

RƏYLƏR