Bakıda saxta vergi müfəttişləri peyda olub - GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

OXUNUB: 686 SOSİAL

Bakıda özünü vergi müfəttişi kimi təqdim edən şəxslər özəl şirkətin ofisinə daxil olaraq dələduzluq ediblər.

İcmal.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə dünən Xocahəsən qəsəbəsində özəl şirkətlərin birində baş verib. Axşam saatlarında ofisə girən iki şəxs Vergilər Nazirliyindən yoxlama üçün gəldiklərini deyiblər və bütün işçilərin sənədlərini tələb ediblər.
İçkili vəziyyətdə olan saxta vergi müfəttişləri onlardan sənəd tələb edən baş mühasib və şirkətin mühafizəçisini həbs etdirməklə və işdən çıxartmaqla hədələyiblər.
Təqdim edilən sənədə diqqətlə baxdıqda isə saxta müfəttişlərin Vergilər Nazirliyində deyil, "Vergi maarifçiliyi" ictimai birliyində işlədikləri məlum olub. Yalanları ifşa olan həmin şəxslər xeyli mübahisədən sonra ofisdən çıxıblar.
Şirkət nümayəndəsi bənzər halların bir neçə dəfə təkrarlandığını deyir. Lakin hələlik bu şəxslər barəsində polisə şikayət etməyib.

İcmal.Az

 


RƏYLƏR