Bakıda şəhid bulağı söküldü – RƏSMİ AÇIQLAMA + FOTO + YENİLƏNİB

OXUNUB: 661 SOSİAL

Yasamalda "Şəhid bulağı” sökülüb. Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə ucaldılan bulaq kompleksin yerində  "Qarabağ” adlı kababxana-pivəxana açılıb. Obyektdə eyni zamanda mal əti satışı da həyata keçirilir. 

Yasamal rayon icra başçısının səlahiyyətlərini müvəqqəti olaraq yerinə yetirən birinci müavini Səməd İslamov Oxu.Az-a açıqlamasında, məsələ ilə bağlı göstərişlər verdiyini bildirdi:

"Şəhid bulağının sökülməsindən internetdə məlumat aldıq. Bu bizi də narahat etdi. Artıq bu məsələnin araşdırılmasına başlamışıq. Nə baş verdiyini dəqiqləşdirdikdən sonra sizi məlumatlandıracağıq”.

İcmal.Az

------

Bu gün Yasamal rayonunda şəhid bulağının sökülməsi ilə bağlı redaksiyamıza daxil olmuş məlumatı dəqiqləşdirmək üçün sözügedən əraziyə yollandıq.

Bulaq, həqiqətən, sökülüb.

Səbəbini öyrənmək üçün cəhd etsək də, heç bir nəticə əldə edə bilmədik. Müxbirimiz obyekt əməkdaşları tərəfindən təzyiqə və təhqirə məruz qaldı. Özünü Hacı kimi təqdim edən obyekt əməkdaşı bulağın sökülməsi və yerində obyektin tikintisi üçün heç kimdən icazə almadıqlarını, tikinti işlərini özbaşına həyata keçirdiklərini bildirdi.

Məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib.

Hadisəni gündəmdə saxlayacağıq./oxu

 İcmal.Az


----

Yasamalda "Şəhid bulağı” sökülərək, yerində kababxana-pivəxana açılıb. 

Sözügedən ərazi Yasamalda - Talıblı və Şərifzadə küçələrinin kəsişməsində yerləşir.

Məlumatda qeyd edilir ki, həmin ərazidə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə bulaq kompleksi ucaldılmışdı. Bir müddət əvvəl ərazinin bir hissəsi zəbt edilərək, "Qarabağ” adlı kababxana açılıb, eyni zamanda, mal əti satışı ilə məşğul olmağa başlanılıb.

May ayının sonlarında şəhidin adına olan bulaq bir gecə içərisində sökülüb, yerinə masalar düzülərək ərazi kababxananın tərkibinə qatılıb. 

"Ərazidə yaşayan qonşuların dəfələrlə irad bildirməsinə baxmayaraq, sahibkar və orada çalışanlar insanları hədələyir, onlarla  aqressiv davranırlar”, - şikayətçilərdən biri redaksiyamıza yazdığı məktubunda qeyd edir./oxu

İcmal.Az

 


RƏYLƏR