Bakıda sərnişin avtobusları toqquşdu - Yaralananlar var/ FOTO

OXUNUB: 3427 SOSİAL HADİSƏ
Bakıda sərnişin avtobusları toqquşub, yaralananlar var.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə Zabrat yolunda baş verib.

Belə ki, 10-TE-168  qeydiyyat nömrə nişanlı, 198 saylı sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan 163 saylı 90-SR-660 dövlət qeydiyyat nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.

Qəza nəticəsində hər iki avtobusda olan sərnişinlər xəsarət alıblar. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.
 



RƏYLƏR