Bakıda sərxoş sürücü maşını "zapravka"ya çırpdı - VİDEO

OXUNUB: 764 HADİSƏ
Bakının Nizami rayonunda sürücünün sərxoş olması yol qəzasına səbəb olub.

ARB TV xəbər verir ki, 28 yaşlı Samir Rzayev "BMW" markalı maşınla Elşən Süleymanov küçəsi boyu hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxıb və əvvəlcə yol kənarındakı səkiyə, daha sonra isə Rüstəm Rüstəmov küçəsindəki yanacaqdoldurma məntəqəsinin beton divarına çırpılıb. Nəticədə sürücü Samir Rzayev və onun sərnişini, 28 yaşlı Yavər Ağayev xəsarət alıb. Hər iki yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Onlardan Yavər Ağayevin vəziyyətinin ağır olduğu deyilir.

Əraziyə cəlb olunmuş Nizami Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sürücü Samir Rzayevin sərxoş halda sükan arxasına əyləşdiyini müəyyən ediblər.

Fakt araşdırılır.
 
 
İcmal.Az

RƏYLƏR