Bakıda sərxoş sürücü qəza törədib – FOTO

OXUNUB: 990 HADİSƏ

Bakının Nəsimi rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Qəza Ruhulla Axundov və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə nəticəsində "Opel” markalı avtomobil ilə "BMW” toqquşub.

Dövlət Yol Polisi əməkdaşının məlumatına görə, qəzaya BMW markalı minik avtomobilinin sərxoş vəziyyətdə maşın idarə edən 51 yaşlı sürücüsü Telman Hüseynov səbəb olub. O, sərxoşluğun müəyyən edilməsi üçün tibb müəssisəsinə getməkdən imtina edib və nəticədə tərəflər arasında mübahisə yaranıb. Sonda T.Hüseynov məcburi qaydada müvafiq tibb müəssisəsinə aparılıb./report

İcmal.Az

 

RƏYLƏR