Bakıda sevgilisi tərəfindən öldürülən qadınla bağlı YENİ FAKTLAR

OXUNUB: 881 HADİSƏ

Bir neçə gün əvvəl Bakı şəhər Xətai rayonu NZS qəsəbəsində sevgilisi tərəfindən öldürülən qadınla bağlı bəzi məqamlar aydınlaşıb. 

 

Qətlindən 12 gün sonra şəxsiyyəti müəyyənləşdirilən 34 yaşlı İlahə Şahbazovanın doğmaları ilə əlaqəsi xeyli vaxt imiş ki, kəsilibmiş. 15 il əvvəl ailə quran və 1 oğlu olandan sonra uşağı saxlamaqdan İmtina edən İ.Şahbazova atasının vəfatından sonra evi tərk edib. Onun uşağına isə keçmiş ərinin qardaşı sahib çıxıb və azyaşlını himayəyə götürüb. Anasının Sumqayıtdakı evini tərk edən gənc qadın illər ərzində Bakının müxtəlif yerlərində kirayə yaşayıb və qeyri-sağlam həyat tərzi sürüb. Tez-tez şəhərin mərkəzindəki gecə klublarına gedən və bəzən burada gecələyən İ.Şahbazova bir müddət sonra normal həyata qayıtmaq istəyib. Buna görə də o, elə barlardan birində tanış olduğu 42 yaşlı Vorobyov Sergey Nikaloyeviçlə birgə yaşamağa başlayıb və 1 ay ərzində evdən kənara demək olar ki, çıxmayıb. Lakin qısqanc xarakterli qadın qeyri-rəsmi həyat yoldaşı ilə tez-tez münaqişə yaradırmış. Belə münaqişələrdən biri mayın 31-də axşam saatlarında yaşanıb. İ.Şahbazova sərxoş vəziyyətdə Sergeyi bıçaqla vurub. Kəsici aləti onun əlindən almağı bacaran S.Vorobyov da hadisə vaxtı sərxoş vəziyyətdə olub və bir bıçaq zərbəsi ilə qadının həyatına son qoyub.

 

Bir neçə gün ərzində cinayəti gizlətməyə çalışan S.Vorobyov nəhayət iyunun 3-də törətdiyi əməllə bağlı məlumat verib.

 

Bildirilir ki, sevgilisi tərəfindən öldürülən qadının şəxsiyyətini müəyyənləşdirmək üçün 12 gün lazım olub. Buna isə onun valideynlərinin Sumqayıtda yaşaması ilə bağlı Sergeyə dediyi söz kömək edib. Əməliyyatçılar adı, soyadı və ailə üzvləri məlum olmayan qadının izini Sumqayıtda axtarıblar və nəhayət, onun anası tapılıb.

 

***

 


 

Bir neçə gün əvvəl Bakı şəhər Xətai rayonu NZS qəsəbəsində öldürülən qadının şəxsiyyəti müəyyənləşdirilib. Lent.az-ın əldə etdiyi məlumata görə, iyunun 3-də 42 yaşlı Vorobyov Sergey Nikaloyeviçin evində meyiti tapılan 30-35 yaşlı qadının 1983-cü il təvəllüdlü, Sumqayıt şəhər sakini İlahə Şahbazova olması müəyyən edilib. Məlum olub ki, o, daha əvvəl məhkumluq həyatı yaşayıb.

 

Qeyd edək ki, S.Vorobyov 34 yaşlı İlahə ilə mayın əvvəlində şəhərin mərkəzindəki barlardan birində tanış olub. Həmin vaxtdan sonra onlar Sergeyin NZS-dəki evində yaşamağa başlayıblar. S.Vorabyov istintaqa ilkin ifadəsində deyib ki, qadın özünü ona Arzu adı ilə təqdim edib və Türkmənistanda doğulduğunu, atasının Sumqayıtda yaşadığını, 15 il əvvəl ailə qurduğunu, uğursuz olan bu izdivacdan 12-13 yaşlı oğlunun olduğunu deyib. Subay olan və tək yaşayan S.Vorabyov öldürdüyü qadınla bağlı başqa informasiyaya malik olmadığını vurğulayıb.

 

Hadisənin necə baş verdiyinə gəlincə, tək və sərbəst həyat tərzi sürən Sergeylə bir aya yaxın eyni evdə yaşayan həmin qadın onun sonrakı rəftarlarından narazı qalıb və cütlük arasında qısqanclıq münaqişələri yaranıb. Mayın 31-də onlar arasında dava-dalaş olub və həmin qadın Sergeyə bıçaqla hücum edib. Sevgilisinin əlindən bıçağı alan 42 yaşlı Sergey bir bıçaq zərbəsi ilə onu öldürüb. Qadının meyiti isə evdən iyunun 3-də tapılıb. S.Vorabyov ilkin ifadəsində qadının yıxılaraq xəsarət alması və boynunun sınması nəticəsində öldüyünü desə də, sonradan yalan danışdığı üzə çıxıb./lent

 


İcmal.Az

RƏYLƏR