Bakıda sevgilisini öldürüb, qəza törədən şəxsə hökm oxundu

OXUNUB: 666 HADİSƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Azər Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

İcmal.Az report-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Ağayev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il oktyabrın 25-də Suraxanı rayonunun Südçülük Sovxozu ərazisində baş verib. 1965-ci il təvəllüdlü Ağayev Azər Şirməmməd oğlu qeyri-rəsmi ər-arvad münasibətində olduğu 1971-ci il təvəllüdlü Talıbova İlhamə Eynulla qızının yaşadığı mənzilə gələrək onu qətlə yetirib.
Daha sonra şəxsi avtomobili ilə hadisə yerindən uzaqlaşmağa cəhd edən A.Ağayev Suraxanı rayonu ərazisində avtomobili maneəyə çırpıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan A.Ağayev 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
 
İcmal.Az

RƏYLƏR