Bakıda şirkət rəhbəri həbs olundu

OXUNUB: 1148 HADİSƏ

"Yeni Yasamal" MTK-nın sədri Cahangir Alışov və vəkili saxlanılıb.

Şirkət rəhbəri Yasamal rayonu , M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin, dələduzluq edərək, bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirilir. Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.

 

Şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən onun da saxlanıldığı deyilir./virtualaz

İcmal.Az

RƏYLƏR