Bakıda taksi sürücülərinin müştəri üstündə davası: Bıçaqlanan var

OXUNUB: 959 HADİSƏ

Bakının Nizami rayonu ərazisində taksi sürücüləri arasında bıçaqlanma hadisəsi baş verib.

Hadisə metropolitenin "Koroğlu” stansiyası yaxınlığında qeydə alınıb.

Ərazidə taksi fəaliyyəti ilə məşğul olan 1995-ci il təvəllüdlü Orucov Elnur Asif oğlu digər taksi sürücüsü ilə müştəri üstündə əlbəyaxa olub. Nəticədə E.Orucov bıçaqlanıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır./report

 İcmal.Az


RƏYLƏR