Bakıda "Topaz"dan oğurluq edən şəxslər tutuldular

OXUNUB: 682 HADİSƏ

Bakıda "Topaz"dan oğurluq edən şəxslər tutulublar. 

İcmal.Az APA-ya istinadən xəbər verir ki, oğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan Vüsal Həsənovun, Vüsal Səmədovun və Fuad Rəhimovun ətraflarında Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların iyunun 18-də və avqustun 26-da rayon ərazisində 1 kafedən 170 manat pul və "Topaz" mərc oyunları məntəqəsindən 1000 manat dəyərində lotoreya, 340 manat dəyərində uduş kuponu və orada işləyən Ə.Mərhəmətə məxsus içərisində pul, mobil telefon, bankomat kartı və sənəd olan çantanı oğurlamaları da müəyyənləşib.

 

İcmal.Az

RƏYLƏR