Bakıda turist icarəyə götürdüyü avtomobillə yol hərəkəti qaydasını pozaraq qəza törədib - FOTO

OXUNUB: 521 HADİSƏ

Nəsimi rayonunda iki avtomobil toqquşub.

Qəza zamanı hər iki avtomobil deformasiyaya uğrayıb.

Belə ki, yol-nəqliyyat hadisəsi Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsində qeydə alınıb. Bəhreyn vətəndaşı Səid Həsən kirayə götürdüyü "KİA" avtomobillə A.A Bakıxanov küçəsində orta yolla hərəkətdə olarkən qəfil sola dönmə əməliyyatı edib. Bu zaman sol yolla hərəkət edən "Nissan" "KİA" ya çırpılıb. Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb. Hadisə yerində yol polis əməkdaşları olublar. Sürücülərin ifadələri alınıb. 

Avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar araşdırmalara başlanılıb./report

 

İcmal.Az


RƏYLƏR