Bakıda Türkiyə vətəndaşı qonaqlıq verdiyi dostu tərəfindən bıçaqlanıb

OXUNUB: 506 HADİSƏ

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

1994-cü il təvəllüdlü Türkiyə vətəndaşı Altürk Mazlum Bül-Bül prospektində yerləşən restoranda azərbaycanlı dostuna qonaqlıq verdikdən onunla sonra mübahisə edib.

Nəticədə A.Mazlum dostu tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Yaralının yaxınlarının bildirdiyinə görə, zərərçəkmiş mərc oyununda ("Topaz") xeyli miqdarda pul qazanıb. Buna görə də, dostuna restoranda qonaqlıq verib./report

 

İcmal.Az

RƏYLƏR