Bakıda “unikal” dələduzluq: İş polisdə... - ALDANMAYIN

OXUNUB: 857 SOSİAL

Bakıda işədüzəltmə adı ilə vətəndaşların pulunu mənimsəyən dələduz peyda olub.

Hit.Az-a daxil olan şikayətə görə, özünü Kərim kimi təqdim edən şəxs tilovuna düşən şəxsləri çox sadə üsulla aldada bilir. 

Əvvəlcə, üzünü görmədiyi şəxsə tanınmış şirkətlərdən birinə işə düzəltməyi vəd edir. Bunun üçün tibbi müayinədən keçmək lazım olduğunu bildirir. 

Kərim adlı bu şəxs vətəndaşa telefonda fiziki bir şəxsin bank hesabının nömrələrini söyləyir. Vətəndaşı inandırır ki, hesaba onlayn ödəmə aparatı vasitəsi ilə 300 manat məbləğində vəsait köçürsün, qəbzini götürüb tibb mərkəzlərindən birinə (adını hələ ki açıqlamırıq) yaxınlaşsın, oradan həkimə yönəldəcək.  

Vətəndaş analizlərdən keçdikdən sonra nəticələri götürüb şirkətə yaxınlaşacaq, 700 manatdan yuarı maaşla təmin ediləcək.

Kərimin toruna düşən şəxslərin ağlına gəlmir ki, klinikada analiz vermək üçün kiminsə bank kartı hesabına ödəniş etməyə ehtiyac yoxdur, tibb müəssisəsinin kassasına yaxınlaşmaq lazımdır.

Amma işə düzəlməyə aldanmış vətəndaş pulu hesaba köçürür və saatlarla klinikanın önündə gözləməli olur. Bu müddətə qədər Kərim aldatdığı şəxslə əlaqəni kəsmir, pul hesaba oturandan sonra ona zəng çatmır. Hazırda iş hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. 

Onun əlaqə nömrəsi 077 - 402- 20- ...

RƏYLƏR