Bakıda uşağa 5 it hücum etdi

OXUNUB: 758 SOSİAL

Xətai rayonunda, Zərifə Əliyeva parkında 7 yaşlı qıza 5 it hücum edib.

İcmal.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, iki qızı ilə parka gələn ana 3 yaşlı balaca qızını gəzdirərkən, böyük qızı Safiya Mirzəyeva ağacların arasında oynayırmış. 

Bu zaman parkda gəzişən 5 it Safiyanın üzərinə hücum edib və onun sağ yanını dişləyib. Yaralı azyaşlı xəstəxanaya aparılıb.

4 saylı Uşaq Poliklinikasından bildiriblər ki, uşağın vəziyyəti normaldır, sadəcə, çox qorxduğu üçün şok vəziyyətindədir. 

S.Mirzəyevaya tibbi yardım göstərildikdən sonra quduzluqla bağlı müayinə edilməsi üçün 9 nömrəli poliklinikaya göndərilib.

İt dişləyən S.Mirzəyeva 63 saylı orta məktəbin şagirdidir.

İcmal.Az

RƏYLƏR