Bakıda uşağı avtomobil vuraraq öldürüb

OXUNUB: 545 HADİSƏ

Bakının Səbail Rayonunun Badamdar qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Naməlum markalı avtomobil qəfil yola çıxan və ad-soyadı hələlik məlum olmayan təxminən 7-8 yaşlı uşağı vurub.

Uşaq hadisə yerində ölüb. Meyit onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün morqa verilib.

Faktla bağlı cinayət işi başlanılıb./report

 

İcmal.Az

RƏYLƏR