Bakıda üzünü gizlədən qadın insanları belə aldadır – DİQQƏTLİ OLUN! (VİDEO)

OXUNUB: 475 MARAQLI
Bakıda mağazalardan silsilə oğurluq edən qadın ortaya çıxıb.

İcmal.Az minval.az-a istinadən xəbər verir ki, həmin şəxs bir neçə ticarət obyektlərinin satıcılarını ələ alaraq aldadır. Belə ki, o, kassada çalışanlara ödəniş etdiyini bildirərək, pulun qalığını tələb edir. Həmin şəxs işinini peşəkarı olduğundan kassada çalışanları buna inandıra bilir. Satıcılar isə qadının söylədiklərinin doğru olduğunu düşünüb dediyini yerinə yetirir. Beləliklə, hadisəni törədən həm aldığı malın pulunu vermir, həm də öz dili ilə desək "qabağa” düşür.

Bu barədə saytımıza zərərçəkmişlərdən biri məlumat verib. Bildirlir ki, polis artıq onun saxlanılması üçün axtarışlara başlayıb. Lakin hələ bir nəticə əldə olunmayıb.

Zərərçəkmiş həmçinin qeyd edir ki, sonuncu dəfə Suraxanı rayonunun bazar adlanan ərazisində yerləşən "Fatimə” mağazasından oğurluq edib.

 

İcmal.Az

RƏYLƏR