Bakıda vətəndaşların 300 min manatını mənimsəyən lombard sahibi tutulub

OXUNUB: 721 HADİSƏ

Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq edən lombard sahibi tutulub.

 

 Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1975-ci il təvəllüdlü Dürrə Təvəkkül qızı İsmayılova saxlanılıb.

 

Qeyd edək ki, mətbuatda D. İsmayılovanın əməlləri ilə bağlı silsilə yazılar gedib. Həmin məlumatlara görə, Xətai rayonu ərazisində lombard işlədən D. İsmayılova xeyli sayda vətəndaşın girov qoyduğu əmlakları mənimsəyib.

 

Onun vətəndaşlara ümumilikdə 300 min manatdan çox ziyan vurduğu iddia olunur./apa

 

 

 

İcmal.Az

RƏYLƏR