Bakıda villa yandı

OXUNUB: 1160 HADİSƏ

Bakıda yanğın baş verib. İcmal.Az FHN-in saytına istinadən verdiyi xəbər verir ki, hadisə Sabunçu rayonunda olub. vətəndaşa məxsus ümumi sahəsi 370 m² olan mansard tipli ikimərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyü, mansardı və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Bakıda baş vermiş yanğınla bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, saat 3 radələrində Yeni Ramana qəsəbəsində Abdullayev Zakir Məhəmməd oğluna məxsus villanın yandığını görən sakinlər yanğınsöndürmə briqadası çağırıb. Hadisə vaxtı evdə kimsə olmadığından yanğın xeyli yayılıbmış və 370 kvadrat metr ərazisi olan evin mansardı və ikinci mərtəbəsi tamamilə yanaraq kül olub.
 
Yanğının hansı səbəbdən baş  verməsi hələlik məlum deyil, araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR