Bakıda xanım sürücü qəza törətdi

OXUNUB: 623 HADİSƏ

Bakının Nəsimi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 Həsən Əliyev küçəsində "90-BR-301" dövlət qeydiyyat nişanlı "Nissan Murano" markalı avtomobil ilə hərəkətdə olan Fəridə Qurbanova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 20 yaşlı Fətəliyeva Leyla Balakişi qızını vurub.

Nəticədə qadın ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralının çanaq sümükləri sınıb və bədəninin müxtəlif nahiyələrindən əzilmiş və sıyrılmış xəsarətlər alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. Xanım sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. /report

 

İcmal.Az

RƏYLƏR