Bakıda yanan “Dolce & Gabbana”nı belə söndürdülər - FOTO

OXUNUB: 713 HADİSƏ
Bu gün saat 13:00 radələrində Neftçilər prospekti ilə Yusif Məmmədəliyev küçəsinin kəsişməsində yerləşən "Dolce & Gabbana” mağazasında yanğın baş verib.
 
İcmal.Az Yenicag.az-a istinadən xəbər verir ki, hadisə yerinə dərhal FHN-in yanğından mühafizə xidməti və polis əməkdaşları cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsindən sonra təhlükənin qarşısı alınıb.

Saytımıza açıqlama verən FHN polkovniki Ramazan Ramazanov yanğınla bağlı sualımızı cavablandırıb:
"Hadisə ilə bağlı saat 13:03-də məlumat daxil oldu. Dərhal əraziyə 3 yanğınsöndürən maşını göndərildi. Əməkdaşlarımız güclü tüstüləmə müşahidə ediblər. Kəşfiyyata yollanan manqalar paltardəyişmə otağında gizli yanğın görüblər. Tavanaltı və divar üzlükləri yanırdı. Dərhal müdaxil edib, yanğını söndürdük. Təxminən 30-35 kv. metr ərazi yanıb. Laboratoriyanın analizindən sonra yanğının hansı səbəbdən baş verdiyi bəlli olacaq. Yanğın qonşu mağazaya keçməyib.
Bakıda yanan
 
Bakıda yanan
 
Bakıda yanan
Bakıda yanan
Bakıda yanan

Bakıda yanan
 
 
İcmal.Az

RƏYLƏR