Bakıda yanğına görə təxirə düşən imtahanın vaxtı AÇIQLANDI

OXUNUB: 804 SOSİAL
Dünən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan zamanı Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda - idman zalında elektrik naqillərində yanğın baş verib.
 
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə modern.az-a açıqlamasında deyib ki, həmin abituriyentlər üçün növbəti dəfə  keçiriləcək imtahanın tarixi də bəllidir.
 
"Dünən Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda-idman zalında elektrik naqillərində  baş verən tüstülənmə zamanı imtahandan kənarda qalan abituriyentlərin narahatlığına əsas yoxdur. İyulun 27-də onlar üçün imtahan keçiriləcək. Xəsarət alan abituriyent olmayıb. Sadəcə tüstülənmə olduğu üçün təhlükəsizliyi qorumaq üçün şagirdlər evakuasiya olunub".
 
 
İcmal.Az

RƏYLƏR