Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü – FOTO – VİDEO + YENİLƏNİB

OXUNUB: 823 SOSİAL

Bakının Yasamal rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində binanın dam örtüyü 350-400 kvadratmetr sahədə yanıb.

 Bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov bildirib.

Onun sözlərinə görə, yanğının səbəbləri əlaqədar qurumlar tərəfindən araşdırılacaq və müvafiq qərar veriləcək. Qeyd olunub ki, yanğın zamanı ziyan çəkən sakinlərə müvafiq yardım göstəriləcək.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov  deyib ki, ilkin ehtimala görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.

Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb, sakinlər təxliyə edilib.

10:46

Bakıda yaşayış binasında başlayan yanğının miqyası böyüyür.

 Hadisə Yasamal rayonu, İnşaatçılar prospekti 152-154 ünvanında yerləşən 5 mərtəbəli binada qeydə alınıb.

Binanın damında başlayan yanğının bir neçə mənzilə keçdiyi bildirilir. Sakinlər təxliyə olunub.

Yanğının söndürülməsi üçün 8 yanğınsöndürən maşın cəlb olunub.

Hazırda yanğın davam edir.

 

09:34

Bakıda yaşayış binasında yanğın başlayıb.

 Hadisə Yasamal rayonu, İnşaatçılar prospekti 152-154 ünvanında qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğının qarşısının alınması üçün tədbirlər görülür./apa

 
İcmal.Az


 
 
 

RƏYLƏR