Bakıda yaşayış binasında GÜCLÜ PARTLAYIŞ: ev sahibi yandı, 20 nəfər ...

OXUNUB: 1300 HADİSƏ

Bakıda yaşayış evində partlayış baş verib.

 Suraxanı rayonu, Əmircan qəsəbəsində ikimərtəbəli çoxmənzilli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzillərdən birinin mətbəxində məişət qazının sızması nəticəsində partlayış baş verib.

Hadisə nəticəsində yanğın baş verməyib.

Partlayışın təsirindən mənzilin arakəsmə və xarici divarları, pəncərə və qapı çərçivələri qismən dağılıb.

Partlayış zamanı ev sahibi yanıq xəsarətləri almış və ona Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilib.

20 nəfər bina sakini əraziyə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Aidiyyəti qurumlar partlayış hadisəsi ilə bağlı məlumatlandırılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır./publika

İcmal.Az

RƏYLƏR