Bakıda yaşlı kişi kafedə yeyib içdikdən sonra bıçaqlanıb

OXUNUB: 567 HADİSƏ

Bakının Suraxanı rayonunda 1 nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib.

Hadisə Suraxanı qəsəbəsində qeydə alınıb.

1961-ci il təvəllüdlü Səfərov Adil Əli oğlu kafedə yeyib içdikdən sonra tanışı ilə mübahisə edib. Mübahisə zamanı tanışı A.Səfərovu bıçaqlayıb. 

Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi araşdırma aparır./report

 

İcmal.Az

RƏYLƏR