Bakıda yaşlı kişi özünü avtomobilin altına atdı – VİDEO

OXUNUB: 651 HADİSƏ

Bakıda İzmir parkının qarşısında "VAZ-2107” markalı avtomobil yaşlı kişini vurub. Qəza anı Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər” kamerası tərəfindən qeydə alınıb.

İcmal.Az Avtosfer.az-a istinadən xəbər verir ki, qəza günün qaranlıq vaxtında, keçid olmayan ərazidə baş verir.

Yaşlı kişi əvvəlcə yolun ortasında – qoşa xəttin üstündə dayanır. Sonra isə qəfil qaçmağa başlayır. Bu zaman üzərində taksi nişanı olan "VAZ-2107” onu vurur. Sürücü ayıq tərpənərək, dərhal avtomobilini dayandırır və piyadanı nəqliyyat vasitəsinə mindirərək oradan uzaqlaşır.

İcmal.Az

RƏYLƏR