Bakıda yaşlı kişini sərnişin avtobusu vurub

OXUNUB: 565 HADİSƏ

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 Pirşağı qəsəbəsində yolu keçmək istəyən 1964-cü il təvəllüdlü Aydəmirov Mürsəl Sərdar oğlunu 173 saylı marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.

Yaralı "təcili yardım" xidməti vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır./report

 

İcmal.Az


RƏYLƏR