Bakıda yenə marşrut avtobusları toqquşdu: Xəsarət alanlar var — FOTOLAR

OXUNUB: 785 HADİSƏ

Bakıda iki marşrut avtobusu toqquşub, xəsarət alanlar var.

 Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş vermiş qəzada 57 saylı marşrut xətti üzrə hərəkət edən, 90 RX 457 dövlət qeydiyyat nişanlı avtobusla 49 nömrəli avtobus 99  XJ 572 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.

Hadisə zamanı 57 saylı marşrut avtobusunu sürücü Elnur İmanov, 49 saylı marşrut avtobusunu sürücü Hafiz Məmmədov idarə edirmiş.

Qəzada 4 nəfərin xəsarət aldığı bildirilir./ölkə

 

İcmal.Az

RƏYLƏR