Bakıda yeniyetmə məktəbin həyətində döyülüb

OXUNUB: 579 HADİSƏ

Xətai rayonunda 1 nəfərin döyülməsi ilə nəticələnən dava baş verib.

Hadisə axşam saatlarında 63 saylı orta məktəbin həyətində qeydə alınıb.

2003-cü il təvəllüdlü Cəfərli Əli Allahverdi oğlu tanışı ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı Ə.Cəfərli üz və bədən nahiyəsindən xəsarətlər alıb. 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun üz sümüyündə sınıq xəsarətləri aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunduqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi araşdırma aparır./report

 

İcmal.Az

RƏYLƏR