Bakıda yeraltı piyada keçidinin üzərindən keçən kişini avtomobil vuraraq öldürüb

OXUNUB: 577 HADİSƏ

Nərimanov rayonunda bir nəfərin ölümünə səbəb olan qəza baş verib.

Hadisə Heydər Əliyev prospektində baş verib.

1978-ci il təvəllüdlü Əlizamin Ağayev yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya apararkən o yolda dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə yeraltı piyada keçidinin üzərində baş verib./report

 

İcmal.Az

RƏYLƏR