Bakıda yol çökdü — İri dəlik yarandı (VİDEO)

OXUNUB: 795 İQTİSADİYYAT SOSİAL

Bakıda yol çöküb.


"BakuPost"un məlumatına görə, çöküntü bu gün Ziya Bünyadov prospekti, Dərnəgül yolu, Baksol adlandırılan ərazidə baş verib. Nəticədə asfalt qatı da dağılıb və yolda bir neçə metr diametri olan dəlik meydana gəlib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Ərazidən keçən və çökən ərazidə qalan minik maşını da ətrafdakıların köməyi ilə ərazidən uzaqlaşdırılıb.


"Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllının "BakuPost"a verdiyi məlumata görə, ərazidə sovet dönəmində çəkilən kanalizasiya xəttində çökmə baş verib.


"Hazırda su və kanalizasiya qəza xidməti hadisə yerində işləyir. Bu günün sonuna kimi qəzanın nəticələri aradan qaldırılacaq".

 

 


RƏYLƏR