Bakıda yol polisi belə qəza şəraiti yaratdı (VİDEO)

OXUNUB: 2047 Özəl HADİSƏ
Bəzən YPX əməkdaşları patrul avtomobillərini yolun hərəkət hissəsində saxlayıb xidmət aparırlar. Bu isə bəzən qəzalara səbəb ola bilir.

7NEWS.az xəbər verir ki, Heydər Əliyev prospektinin sonunda sağ zolaqla Şah İsmayıl Xətai küçəsinə (Təhsil Nazirliyi tərəfə) dönəndə yolun sağ hərəkət hissəsində dayanan 99 YP 428 dövlət nömrə nişanlı patrul avtomobili hərəkət hissəsini tutub. Özü də avtomobil elə yerdə dayanıb ki, yola girişdə görünmür və qəfildən qarşıya çıxır. YPX əməkdaşı isə yolun sol zolağında dayanaraq xidmət aparır.

Maraqlıdır ki, patrul avtomobilinin dayandığı yerdən bir neçə metr sonra təhlükəsizlik adacığı var. Yəqin ki, DYP rəhbərliyi bölgü apararkən bunu nəzərə alacaq.



RƏYLƏR