Bakıda yol polisləri ilə sərhədçilər arasında mübahisə: "İkimiz də "paqon"uq..." - VİDEO

OXUNUB: 1071 SOSİAL

Bakıda yol polisi əməkdaşları və Dövlət Sərhəd Xidmətinin zabitləri arasında mübahisə yaşanıb.

Hadisə Səbail rayonu, 20-ci sahə adlanan ərazidə baş verib. Belə ki, polis əməkdaşları içərisində Sərhəd Xidmətinin zabitləri olan qara rəngli "QAZ 31" markalı avtomobili saxlayıblar. Onlar yol hərəkət qaydasını pozmuş sürücüdən maşından düşməyi tələb etsələr də, o, polislərin sözlərinə əhəmiyyət verməyib. 

Şahidlərin sözlərinə görə, sürücü polis əməkdaşlarına "İkimiz də "paqonuq". Niyə saxlayırsınız? Siz də dövlət adamısınız, biz də..." deyə etirazını bildirib.

Yol polisi əməkdaşları isə sürücünün qaydanı pozduğunu və müvafiq tədbirlər görüləcəyini bildiriblər.

Amma Sərhəd Xidmətinin zabitləri buna sərt şəkildə etiraz edib və polisin qanuni tələblərinə məhəl qoymayıblar.

 

Qeyd edək ki, avtomboli yolun ortasında dayandığı üçün Səbail rayon Dövlət Yol Polis idarəsindən 20 -ci sahə dairəsinə qədər olan yolda böyük tıxac yaranıb.
Şahidlər həmin mübahisə anını lentə alıblar./milli.az

İcmal.Az


RƏYLƏR